Sosial
02.09.2024 / 15:44
Daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub
54792
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.
ƏƏSMN-dan verilən xəbərə görə, onlardan 302 nəfəri üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində, 235 nəfəri üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Hazırda peşə kurslarının təşkilində 142 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.
Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək də göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay