Ruslara Finlandiyada torpaq almağa qadağa qoyula bilər
Finlandiya müdafiə naziri Antti Hakkanen bildirib ki, onun idarəsi ruslarla daşınmaz əmlak əməliyyatlarını qadağan edən qanun layihəsi üzərində işi başa çatdırıb.
Valyuta.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Qanun layihəsi 2024-cü ilin sonuna kimi ölkə parlamentinə baxılmaq üçün təqdim olunacaq. İndi o, məsləhətləşməyə göndərilib. Finlandiyada daimi yaşayış icazəsi və ya bu ölkənin vətəndaşlığı olan Rusiya vətəndaşları üçün istisnalar ediləcək.
Əvvəllər bildirilirdi ki, Finlandiya Müdafiə Nazirliyi daşınmaz əmlak alqı-satqısına dair müraciətlərin əksəriyyətini ruslar ölkənin daimi sakinləri olduqları üçün təsdiqləyib.
Qeyd edilir ki, 2022-ci ildə daxil olan 275 müraciətdən 273-ü nazirlikdən razılıq alıb. 2024-cü ilin yanvar-iyun ayları arasında hərbi idarə rusların 64 müraciətinə baxıb. Ümumilikdə, 2020-ci ildən bəri Finlandiya Müdafiə Nazirliyi Rusiya vətəndaşları tərəfindən Finlandiya daşınmaz əmlakı ilə cəmi on əməliyyatı qadağan edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay