Dünya
02.09.2024 / 18:49
Çin bankları ödəniş kartlarında rus adları görən kimi…
54770
Bir çox Çin bankı ödəniş sənədlərində rus adları göstərildiyi təqdirdə ödənişləri emal etməkdən imtina edir.
Valyuta.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Oxşar hallar iyulun ortalarında qeydə alınmağa başlayıb. Ödəniş sənədlərindəki rus adları, Rusiya ilə hər hansı əlaqə, hətta bəzən kiril əlifbası ilə yazılmış yazılar ödənişin ləğvi üçün əsas olur. Bununla əlaqədar olaraq, idxalçılar üçüncü şəxslər vasitəsilə əməliyyatlar üçün sənədlər hazırlamağa məcbur olurlar ki, Rusiya Federasiyası ilə əlaqə olduğu görünməsin.
Ekspertlərin fikrincə, Çin bankları ikinci dərəcəli məhdudiyyətlərdən qorxurlar. Buna görə də hər hansı hipotetik təhlükəni aradan qaldırmağa çalışırlar.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay