"Bloomberg" varlı rusların sərvətini hesabladı - Azərbaycanlı birinci yerdədir
Rusiyanın ən varlı adamlarının sərvəti 2024-cü ilin əvvəlindən 28,431 milyard dollar artıb.
Vaslyuta.az xəbər verir ki, bunu Bloomberg- in məlumatları sübut edir .
Beləliklə, “Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti 2024-cü ilin ilk səkkiz ayında 5,73 milyard dollar artaraq 26,6 milyard dollara çatıb.
Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko bu müddət ərzində kapitalını 24,1 milyard dollara çatdıraraq 5,26 milyard dollar qazanıb.
“Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,59 milyard dollar varlanıb, hazırda onun sərvəti 28,2 milyard dollar qiymətləndirilir.
NLMK benefisiarı Vladimir Lisin kapitalını 3,54 milyard dollar artıraraq 27,5 milyard dollara çatdırıb.
Eyni zamanda, Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Əlişir Usmanov 5,51 milyard dollar həcmində böyük itkilərə məruz qalıb. Hazırda onun 15,6 milyard dolları var.
2012-ci ilin mart ayından etibarən dünyanın ən zəngin 500 adamının sərvəti haqqında məlumat verən Bloomberg Milyarderlər İndeksini dərc edir. İndeks iş adamlarının səhmlərinin sahibi olduğu şirkətlərin səhm qiyməti əsasında hesablanır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay