BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
54730

Ötən gün Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək İctimai Birliyi (AYAK İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Məşğulluq forumu" reallaşdırıb.  

Valyuta.az xəbər verir i, tədbiri giriş sözü ilə Birliyin sədri Nazim Əliyev açaraq layihə barədə məlumat verib: 

"Əziz dostlar, dəyərli Forum iştirakçıları. Bu gün biz olduqca vacib bir Forum reallaşdırırıq. Məlumat üçün qeyd edim ki, bu il iyunun 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5334,3 min nəfər olub, onlardan 5026,1 min nəfərini məşğul əhali təşkil edib. Muzdla çalışan işçilərin sayı 1706,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,5 min nəfər, qeyri-dövlət sektorunda isə 802,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb. 

Olduqca ciddi rəqəmlərdir. Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu sahələrdən biri də və başlıca prioritet sahə məşğulluğun səmərəli və düzgün təmini sahəsidir. Tarixi dövrlərə nəzər salanda görürük ki, məşğulluğun təmini sosial təhlükəsizliyin həyata keçirilməsində vacib nüanslardandır. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunda göstərilir: Bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Əhalinin məşğulluq probleminin həllində əsasən üç prinsip rəhbər tutulur. 

Aparılan bu tədbirlər yetərlidirmi? AYAK İB olaraq hesab edirik ki, yetərli deyil və vətəndaş cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm".

Daha sonra Birliyin İdarə Heyətinin üzvü, Qaynarinfo.az saytının rəhbəri Zahir Əzəmət çıxış edərək məşğulluq sahəsində olan bəzi problemlərdən və qarşıda duran vəzifələrdən danışıb. 

ASGA sədri Səbuhi Abbasov, ekspert Sevda Əliyeva, "Grass Azərbaijan"nın rəhbəri, Baku.es saytının baş redaktoru Fikrət Məmmədov, "Big Group"un rəhbəri Emil Əkbərov və digərləri çıxış edərək, layihənin əhəmiyyətindən danışıblar. 

Sonda Forum iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gecikən qərarların qazanca təsiri - Pulun zaman dəyəri

Tütün tullantılarını hansı ölkələrdən alırıq?

Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi - Anons

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Azərbaycanlı təsisçinin startapı - OneDome Britaniyanın Trussle startapını satın aldı

Avtomobil qiymətləri düşəcəkmi? - 2025-ci il üçün proqnozlar

Azərbaycanda ardıcıl 4 gün iş olmayacaq - TARİXLƏR

Qarabağ Universiteti üçün tarixi bina ayrılıb

Vasif Talıbovun oğlunu o əvəzlədi - FOTO

Bu universitetdə qəbul planı artırıldı

Sabahın hava proqnozu

Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi - 50 tələbəyə təqaüd ayrıldı®

Azərbaycanda peşələr festivalı keçiriləcək - 650 min manatlıq layihə

İlham Əliyev Alparslan Bayraktarı qəbul etdi - FOTOLAR

Azərbaycanda bu mənzillərin qiyməti ucuzlaşıb

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

"Zeytun" aptekləri dərmanları baha satdığı üçün cərimələndi

Vasif Talıbovun oğlu vitse-prezident vəzifəsindən uzaqlaşdırıldı

Bu ölkələrə köçənlərə pul verilir - DETALLAR

İctimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır

“Embawood” qüsurlu malın geri qaytarılmasından imtina etdi - CƏRİMƏLƏNDİ

"Molokan bağı" yaxınlığında yerləşən obyekt satışa çıxarılıb - QİYMƏT

Karyera xətrinə yazılan ölüm hökmü: İş həyatı karosi xəstəliyinə necə aparır? - Tədqiqat

“Bravo” müştəriləri aldadır - Dövlət Agentliyi cərimələdi

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

Marina Kulişova və Anar Həsənov “Yelo Bank”dan nə qədər qazanır? - MƏBLƏĞ

O, Polşanın yeni prezidenti olacaq

Prezident Bakıda sərgi və forumun açılışında iştirak edir

Dünyanın ən bahalı 10 restoranı

Bankir Elxan Qəribli sığorta şirkətinin rəhbərliyinə təyinat alıb - FOTO

Avro bahalaşıb - Günün məzənnəsi

Lerikdə zəlzələ oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin