BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
54691

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə Qaydası”nı təsdiqləyib.

Valyuta.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, həvəsləndirmə tədbirləri aşağıdakı vəzifəli şəxslərə tətbiq oluna bilər:

- təşəkkür elan edilməsi və ya fərdi qaydada mükafatlandırma – son 6 ay ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

- Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyinin fəxri fərmanı ilə təltif edilmə – son 5 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

- növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi – Əsasnamənin 23-cü maddəsinin tələbləri nəzərə alınmaqla son 1 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

- növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi – son 3 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə;

- tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi – son 3 ay ərzində qüsursuz xidməti olan və fəaliyyətində dönüş yaratmış vəzifəli şəxslərə;

- “Fəxri vergi orqanı işçisi” adının verilməsi və ya döş nişanı ilə təltif edilmə – son 10 il ərzində qüsursuz xidməti olan vəzifəli şəxslərə.

Həmçinin vəzifəli şəxslərə təşəkkür elan edilməsi ilə bağlı sənəd və ya fəxri fərman əmrin verilməsindən 20 iş günü müddətində, eləcə də “Fəxri vergi orqanı işçisi” adının verilməsi və döş nişanı təltif edilməsi isə əmrin verilməsindən 3 aydan gec olmayaraq Dövlət Vergi Xidmətinin rəisi və ya onun müavini tərəfindən təqdim ediləcək.

Bundan başqa, Dövlət Vergi Xidmətinin rəisi və onun müavinlərinə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi İqtisadiyyat Nazirliyinin, digər vəzifəli şəxslərə həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi isə Dövlət Vergi Xidmətinin əmri ilə rəsmiləşdiriləcək.

“Fəxri vergi orqanı işçisi” adının verilməsi və döş nişanı ilə təltif edilmə növündə həvəsləndirmə tədbirləri tətbiq edildiyi vəzifəli şəxslərin xidmətdə olmanın yaş həddinə çatdığına görə xidmətdə olma müddətinin uzadılması, həmçinin ştatların ixtisarı zamanı nəzərə alınacaq.

Qeyd edək ki, həvəsləndirmə növü qərəzsiz və ədalətli yanaşma tətbiq edilərək müəyyən ediləcək.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin