BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
54639

Ötən ayın 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçün buraxılış kartı verilmir. Bu tələbələr səbəbindən taksi qiymətlərində artım müşahidə edilir. Sözügedən artıma görə ictimai nəqliyyatda sıxlıq olması qaçılmazdır.

Bəs əhalinin ən çox istifadə etdiyi Bakı Metropolitenində sıxlığın qarşısının alınması üçün hansı tədbirlər görülüb?

Valyuta.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Trend-in sualını cavablandırıb.

O bildirib ki, "Bakı Metropoliteni"ndə sərnişin axını, onun istiqamətləri şəhərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlıdır:

"Yay mövsümünün özünəməxsus xüsusiyyətləri sərnişin axınının istiqamətlərinin dəyişməsinə təsir edir. Verilmiş qərarlar nəzərə alınmaqla, müntəzəm monitorinqlər aparılır. Yay dövrünün hərəkət qrafikinin əsas üstün cəhətlərindən biri odur ki, "Bakı Metropoliteni"ndə nisbətən seyrək adlandırdığımız hərəkət qrafiki çərçivəsində ehtiyat qatarlardan səmərəli istifadə etmək imkanları olur. Hər gün ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılır. Hərəkət cədvəlinə uyğun olaraq ehtiyat qatarların depoda saxlanması və onların xəttə buraxılması təmin olunur.

Səhər saat 7:00-dan axşam saat 21:00-a qədər "28 May" - "Həzi Aslanov" stansiyaları istiqamətində iki dəqiqə yarım interval olsa da, bəzən qatarların iki dəqiqə ərzində gəldiyi də olur. Bu isə o deməkdir ki, həmin ehtiyat qatarlar xətdədir. Ümumi götürdükdə "Bakı Metropoliteni"ndə plandankənar sərnişin axını hiss olunmur. Bu da yay dövrünün xüsusiyyətlərindən irəli gəlir", - deyə o əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də qeyd edilir ki, buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Həmçinin, bu gündən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilibsə və ya ölkəmizdə istehsal olunubsa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - "Paşa Sığorta" yenə birincidir

“Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır”

Xanlar Vəliyevi kim əvəz edir?

Bu şəxslər hərbi xidmətə çağırılmayacaq - RƏSMİ

Xətai rayonundakı ölümcül səkilər: Tədbir görən yoxdur – VİDEO

Trendyol Group-un vitse-prezidenti Azərbaycandakı hədəflərindən danışdı

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sığorta ödənişlərinə görə TOP 5 şirkət - Kim daha çox ödəyib?

Sosial şəbəkələrdə təklif edilən kreditlər nə dərəcədə etibarlıdır? - AÇIQLAMA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin