Rusiya Mərkəzi Bankı "Goldman Sachs Bankı"nın lisenziyasını ləğv etdi
Rusiya Federasiyasının Mərkəzi Bankı avqustun 27-də “Goldman Sachs Bank” MMC-nin broker lisenziyasını ləğv edib.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilir.
Lisenziya kredit təşkilatının özünün tələbi ilə ləğv edilib.
2023-cü ilin sonunda məlum olub ki, "Goldman Sachs Bank" (beynəlxalq "Goldman Sachs Group"un törəmə şirkəti) Rusiyada yalnız bir lisenziyanı saxlayacaq. Kredit təşkilatı Moskva birjasında ticarəti tərk edib.
2022-ci ildə Rusiya prezidenti Vladimir Putin satışı yalnız dövlət başçısının xüsusi icazəsi ilə mümkün olan bankların siyahısını təsdiqləyib. "Goldman Sachs Bank" oraya daxildir.
"Goldman Sachs Group" ABŞ-da bir bankdır və maliyyə konqlomeratı olan dünyanın ən böyük investisiya banklarından biridir. Maliyyəçilər arasında "Firma" kimi tanınır. 2022-ci ilin noyabrında "Goldman Sachs"ın Moskvadakı top meneceri Timoti Talkinqton 17 illik fəaliyyətdən sonra istefa verdiyini açıqlayıb.
2022-ci ilin martında - müharibə başlayandan dərhal sonra "Goldman Sachs" “tənzimləyici və lisenziya tələblərinə uyğun olaraq” Rusiyadan çıxdığını elan edərək belə bir qərar verən ilk böyük Amerika investisiya bankı olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay