Qazaxıstan Tacikistandan yarım milyard kubmetr su alıb
Qazaxıstan Tacikistandan kənd təsərrüfatı torpaqlarının suvarılması üçün təxminən 500 milyon kubmetr su alıb.
Valyuta.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyinin saytı məlumat yayıb.
"İyunun 1-dən Tacikistan "Dostıq" dövlətlərarası kanalı vasitəsilə Qazaxıstana 488,6 milyon kubmetr su göndərib. Bu, ötən illə müqayisədə 40 milyon kubmetr çoxdur", deyə nazirlikdən bildirilib.
Qeyd olunur ki, bu yaxınlarda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Tacikistana səfər edib və dövlət başçısı ilə ikitərəfli danışıqlar aparıb. Digər məsələlərlə yanaşı, tərəflər su sektorunda əməkdaşlığı da müzakirə ediblər. Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitovun qeyd etdiyi kimi, Düşənbə Astana üçün mühüm tərəfdaşdır.
Tokayevin Tacikistana səfəri zamanı iki Orta Asiya dövləti arasında müttəfiqlik statusunun müəyyənləşdirilməsinə dair saziş də imzalanıb. Saziş Qazaxıstan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay