Rusiya Kiyev SES-i məhv edə bilərmi? - Alim ən pis senarini açıqladı
“Kiyev-Mohyla Akademiyası” Milli Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı Yevgeni Xlobıstov deyir ki, Kiyev su elektrik stansiyasının bəndini raket zərbələri ilə dağıtmaq demək olar ki, mümkün deyil.
Valyuta.az bu barədə Unian-a istinadla xəbər verir.
"Bizə Kiyev su elektrik stansiyasının bəndlərinə o qədər birbaşa zərbələr lazımdır ki, bu, artıq elmi fantastika sferasındadır, buna görə də biz bununla bağlı hər hansı fəlakət gözləmirik", - o deyib.
Alimin sözlərinə görə, bəndi tam dağıda bilməz, ona görə də stansiyanın zədələnməsi belə fəlakətə səbəb olmayacaq. O, əlavə edib ki, paytaxtda bəzi daşqınlardan söhbət gedə bilər.
“Biz başa düşməliyik ki, baş verə biləcək ən pis şey Kiyev su elektrik stansiyasının müvəqqəti nasazlığı və onun elektrik enerjisi istehsal etməməsidir.
Xatırladaq ki, ötən gecə Rusiya Ukraynaya birgə hücum həyata keçirib. 7 nəfər ölüb, 47 nəfəri yaralanıb.
Səhər saatlarında internetdə Kiyev su elektrik stansiyasına hücumun görüntüləri yayılıb. Forbes dövlət enerji şirkətinin top-menecerinə istinadən yazır ki, o, raketlər və dronlardan hücuma məruz qalıb.
Bildirilir ki, su elektrik stansiyası zədələnib, lakin bu, bəndin sıradan çıxmasına və ya digər kritik nəticələrə gətirib çıxarmayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay