Almaniya iqtisadiyyatında çöküş davam edir: İki ildə 0 artım...
"Almaniya iqtisadiyyatı getdikcə böhrana doğru gedir".
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu sözləri İqtisadi Tədqiqatlar İnstitutunun (İFO) prezidenti Klemens Fuest deyib.
Onun sözlərinə görə, Almaniya iqtisadiyyatında bir müddətdir ki, durğunluq müşahidə olunur və vəziyyət getdikcə daha da pisləşir. Fuest gözləntilərin həm istehsal, həm də xidmət sahələrində pisləşdiyini vurğulayıb.
Mütəxəssis Almaniyanın iki illik faktiki olaraq sıfır artımdan sonra bu il bərpa olunacağına dair nikbinliyin azaldığını bildirib. Fuestin sözlərinə görə, istehlak xərclərində gözlənilən sıçrayış reallaşmayıb və Almaniyanın sənaye sektoru mübarizəni davam etdirir.
Avqustun 22-də Almaniyanın İqtisadiyyat naziri Robert Habek ölkənin qeyri-qənaətbəxş iqtisadi inkişafını etiraf edib.
İyulun 17-də Nazirlər Kabineti 2025-ci ilin büdcə layihəsini təsdiqləyib. Hakim koalisiya daxilində bu sənədin razılaşdırılması gözlənildiyindən daha uzun çəkdi və siyasətçilər arasında ictimai çəkişmələr, habelə bəzi deputatların hökumətə dəstəyi dayandırmaqla bağlı hədələri ilə müşayiət olundu. Ümumi büdcə 481 milyard avro təşkil edəcək ki, bunun da 4 milyard avrosu Ukraynaya hərbi yardım üçün ayrılacaq. Bu da 2024-cü ildəkindən iki dəfə çoxdur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay