BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
54401

Azərbaycan Respublikasına xarici valyuta rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən gömrük qaydalarına uyğun olaraq məhdudiyyət olmadan gətirilə bilər. 

Xarici valyutanın ölkə ərazisinə gətirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.4-cü və “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 11-ci maddələrinə uyğun olaraq tənzimlənir.

Valyuta.az xəbər verir ki, xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasına gətirilməsi və çıxarılması qaydaları aşağıdakı kimi tənzimlənir:

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən 50 000 (əlli min) ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Yuxarıda qeyd olunan hallar istisna olmaqla, bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasından çıxarılması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən milli valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları isə aşağıdakı qaydalara uyğun tənzimlənir:

- Rezident və qeyri-rezident hüquqi şəxslər nağd milli valyutanı (kağız və metal pul nişanları), milli valyutada ifadə olunmuş qiymətli kağızları və milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Rezident və qeyri-rezident fiziki şəxslər 20 000 (iyirmi min) manat məbləğinədək olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə, Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Rezident və qeyri-rezident fiziki şəxslər milli valyutada ifadə olunmuş yubiley və xatirə pul nişanlarını nominal məbləğindən asılı olmayaraq gömrük orqanlarına yazılı formada bəyan etməklə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

- Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər milli valyutanı məhdudiyyət olmadan müvəkkil banklar və ya poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə Azərbaycan Respublikasından çıxara və Azərbaycan Respublikasına gətirə bilərlər.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin