BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
54361

ABŞ səhm bazarlarında ralli bu həftə nəhəng çip istehsalçısı olan "Nvidia"nın (NVDA) qazanc hesabatlarının yayımlanması ilə davam edə bilər. ABŞ-ın inflyasiya ilə bağlı olan məlumatları uzun müddətdir gözlənilən faiz endirimi ehtimallarına ciddi təsir edə bilər. Bu həftə həmçinin, Avrozona və Avstraliyada faiz dərəcələrinin gedişatını müəyyən edəcək inflyasiya məlumatları açıqlanacaq.

ABŞ-dan iqtisadi məlumatlar

Cümə günü dərc olunacaq Federal Ehtiyatlar Sisteminin ölkədə inflyasiya səviyyəsini təyin etmək üçün üstünlük verdiyi Şəxsi İstehlak Xərcləri (PCE), həmçinin Şəxsi Xərclərin Qiymət İndeksi göstəriciləri dərc olunacaq.

Cümə günü mərkəzi bank rəhbərlərinin illik "Jackson Hole" Simpoziumunda çıxış edən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel inflyasiya ilə bağlı son irəliləyişi etiraf edib və "monetar siyasətə düzəlişlərin vaxtı çatıb",- deyə qeyd edib.

Bu həftə iqtisadi təqvimə, həmçinin, bazar ertəsi Uzunmüddətli İstifadə üçün Nəzərdə Tutulmuş Malların Sifarişlərinə dair Hesabat, cümə axşamı günü yenidən işlənmiş ikinci rübün ÜDM rəqəmləri, "Conference Board" İstehlakçı Güvən İndeksi və İşsizlik Müavinəti üçün Müraciətlərin sayı da daxildir.

"Nvidia" hesabatı

Çərşənbə günü bağlanışdan sonra açıqlanacaq qazanc hesabatı "Nvidia"da tendensiyanın gedişinə ciddi təsir edə bilər.

Qazanc hesabatı və süni intellektə korporativ sərmayənin davam edib-etməməsi ilə bağlı təlimat ilin tarixən dəyişkən vaxtına daxil olan bazar əhval-ruhiyyəsi üçün əsas dönüş nöqtəsi ola bilər.

"Nvidia"nın səhmləri il ərzində təxminən 150 % bahalaşıb və bu, "S&P 500"ün illik 17 %-lik qazancının təxminən dörddə birini təşkil edir. Lakin, diqqətçəkən, çoxillik marafon və süni intellekt çılğınlığı, həm də iyirmi ildən çox əvvəl partlayan "dot-com" fırtınası ilə müqayisələr aparılmasına səbəb oldu.

Avstraliya və Yaponiya CPİ rəqəmləri

Çərşənbə günü açıqlanacaq iyul ayı üçün inflyasiya rəqəmləri, üç ildə ilk dəfə Avstraliya Ehtiyatlar Bankının 2-3 % hədəf bandına geri düşdüyünü göstərə bilər.

İnflyasiya təzyiqlərinin zəiflədiyinə dair hər hansı bir əlamət, bir çox digər mərkəzi bankların yumşaldıcı dövrlərə girdiyi və ya nəzərdən keçirdiyi bir vaxtda faiz dərəcələrini azaltmaq istəməyən Avstraliya Ehtiyatlar Bankı üzərində təzyiqləri gücləndirə bilər.

İnvestorlar həmçinin, çərşənbə günü məlumatların yüksək borclanma xərcləri səbəbindən təzyiq altında olan istehlakçı əhval-ruhiyyəsinə bir qədər rahatlıq təmin edəcəyini ehtimal edirlər.

Cümə günü açıqlanacaq Tokionun avqust ayı inflyasiya hesabatı isə Yaponiyanın pul-kredit siyasətinin gələcəyi ilə bağlı əlavə ipucu verə bilər.

Avrozonada və Almaniyada inflyasiya hesabatı

Cümə axşamı Almaniyada, cümə günü isə Avrozonada açıqlanacaq avqust ayı inflyasiya məlumatları Avropa Mərkəzi Bankının (ECB) sentyabr ayında faiz dərəcələri ilə bağlı qərarının formalaşmasında mühüm rol oynayacaq.

Qismən neft qiymətlərinin düşməsi səbəbindən manşet inflyasiyanın azalması gözlənilsə də, baza inflyasiyanın isə daha qalıcı olacağı proqnozlaşdırılır.

Məlumatlarda baş verən sürprizlər ehtiyatlılıq tələb edə bilər, xüsusən də investorların son həftələrdə ECB-nin faiz dərəcələrini azaltması yönündə gözləntiləri artıb.

Bazar gözləntiləri sentyabrın 12-də 0,25 %-lik faiz endirimi yönündədir və ilin sonuna qədər əlavə endirimlərin olma ehtimalı yüksəkdir.

Ötən həftəyə 1,1025 səviyyəsində start verən EUR/USD məzənnəsi 1,1200 həddinə kimi bahalaşdı və həftəlik şamını 1,1190 səviyyəsində bağladı.

"Buğalar" qiyməti 1,12 ABŞ dolları həddinin üzərində saxlaya bilsələr, EUR/USD-da 16 illik eniş tendensiyasını yekunlaşdıra bilər.

GBP

Keçən həftəyə 1,2935 səviyyəsində başlayan GBP/USD məzənnəsi 1,3230 səviyyəsinə kimi bahalaşdı və həftəlik şamını 1,32 ABŞ dolları səviyyəsinin üzərində tamamladı. "Buğalar" qiyməti 1,32 ABŞ dolları həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

Neft

Yaxın Şərqdə münaqişənin eskalasiyası ilə bağlı son narahatlıqlar neftə tələbin qorunmasına səbəb olsa da, eyni zamanda, Çindən neft tələbi ilə bağlı qeyri-müəyyənliklər xam neft qiymətlərində əlavə artımları məhdudlaşdırır.

Ötən həftəyə 79,75 ABŞ dolları səviyyəsində başlayan "Brent" markalı neft, 75,90 ABŞ dollara kimi ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahlaşdı və həftəni 79,30 ABŞ dollarda başa vurdu.

XAU/USD

Artan təhlükəsizlik riskləri, siyasi və iqtisadi qeyri-sabitlik dövründə ənənəvi "güvənli liman" olaraq görülən qızıl artım tendensiyasını davam etdirir.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü qızıl qiymətlərində ilk artıma səbəb oldu. Artan əmtəə qiymətləri və sonrakı inflyasiya fiat valyutalarının dəyərini aşındıraraq yüksəliş tendensiyasını daha da dəstəklədi.

Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik də qızılın bahalaşmasına səbəb olub. Bundan əlavə, ABŞ-ın faiz dərəcələrini aşağı salacağı gözləntiləri dollara təzyiq edərək, ABŞ valyutası ilə mənfi korellasiyaya malik olan qızılı daha cəlbedici edir.

Bununla belə, qızıl investorları diqqətli olmalıdırlar, çünki bazarlar tez-tez korreksiyalarla üzləşirlər və bu, "şayiəni al, həqiqəti sat" tendensiyasını əks etdirən "heç bir şey düz xətt üzrə yüksəlməz" məsəlini əks etdirir.

Keçən həftəyə 2 508 ABŞ dolları həddində start verən qızıl həftə ərzində 2531,7 ABŞ dollara kimi bahalaşdı və həftəlik şamını 2 512 ABŞ dolları həddində bağladı. "Buğalar" qiyməti 2 500 ABŞ dolları həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin

Tədris və Analiz Departamenti

"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.

Risk bildirişi

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40 % artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin