BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
54301

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan məhsullarına və ölkəmizdə göstərilən xidmətlərə həsr olunan “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgidə öz stendi ilə təmsil olunur.

Bu barədə Valyuta.az-a SOCAR-dan məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunan sərgidə SOCAR stendi çoxsaylı ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Stenddə SOCAR-ın fəaliyyət istiqamətlərinə, o cümlədən apstrim, midstrim, daunstrim, “Yaşıl gündəlik” və insan kapitalı üzrə əldə olunan ən son nailiyyətlərə dair məlumatlar “touch screen” ilə idarə olunan 5 LED monitor vasitəsilə Azərbaycan, rus və ingilis dillərində təqdim edilir.

Stenddə, həmçinin SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri barədə məlumatlar əldə etmək mümkündür.

Burada “Şahdəniz Alfa” platforması, oradan boru ilə qazın Gürcüstan vasitəsi ilə Türkiyəyə ötürülməsi və yayılması, eyni zamanda, həyata keçirilən fəaliyyətdə insan kapitalının vacibliyi neftçi obrazı ilə 3D effektlərlə təqdim edilir. Stenddə, eyni zamanda “Şahdəniz Bravo” platformasının maketi 3D (LED) Fanlarla nümayiş etdirilir.

SOCAR stendində, həmçinin Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan məhsullar, o cümlədən Aİ 92 və Aİ 95 markalı benzin, neft koksu, kerosin, nafta, bitumen və dizel təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sığorta şirkətlərinin ödənişləri üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

"Azpulmat" və "Manato"ya borcu olanlara şad xəbər - Qaydalar dəyişdi

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin