Xəbər
23.08.2024 / 17:26
Məşhur karqo şirkətinin bağlanma səbəbi bilindi
54290
"Eyol" karqo şirkətinin bağlanma səbəbi məlum olub.
Valyuta.az xəbər verir ki, "Eyol"un direktor müavini Rəşad Məmmədov metbuat.az-a açıqlamasında şirkətin bağlandığı faktını təsdiqləyib.
O, şirkətin bir aya yaxındır bağlandığını bildirib.
Direktor müavini söyləyib ki, şirkətin bağlanmasına səbəb maliyyə problemləri olub.
Qeyd edək ki, "Eyol" karqo şirkətinin fəaliyyətini dayandırdığı barədə məlumatı ilk olaraq iqtisadiyyat.az yayıb.
Xatırladaq ki, "Eyol" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay