Almaniya qışdan əvvəl qaza qənaət etməyə çağırdı
Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller istilik mövsümü başlamazdan əvvəl qaza qənaət etməyə çağırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Augsburger Allgemeine" qəzeti yazıb.
"Almaniya hökuməti hələ də yüksək hazırlıq vəziyyətindədir. Ayıq olmaq hələ də vacibdir", deyətənzimləyicinin nümayəndəsi vurğulayıb.
Müller qeyd edib ki, Sudja GIS-in yerləşdiyi Kursk bölgəsində döyüşlər qaz təchizatı ilə bağlı vəziyyətin kəskin pisləşməsinə səbəb ola bilər.
Bundan əlavə, Ukrayna artıq elan edib ki, müqavilələrin müddəti bu ilin sonunda başa çatdıqdan sonra Rusiya LNG-nin Cənub-Şərqi Avropaya nəqli üçün müqavilələri yeniləməyi planlaşdırmır.
Hazırda Almaniyada yeraltı qaz anbarları 93,4% doludur. Avropanın yeraltı qaz anbarlarının ümumi ehtiyatları 90%-i ötür.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay