BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
54250

Hamımız işimizin intensivliyindən və vaxtın məhdudluğundan daim şikayətlənirik. Bitirməli olduğumuz işlər, çatdırmalı olduğumuz layihələr, eləcə də hər gün etməli olduğumuz bəzi rutin işlər var. Vaxtın idarə edilməsi bizə sərf olunan anları xilas etmək və bu gərgin templə ayaqlaşmamızı təmin etmək məqsədi daşıyır. Bu, vaxtdan müntəzəm və sistemli istifadə edə bilmək, vacib işlərə daha çox vaxt ayırmaq üçün rutin işləri daha az vaxtda tamamlamaq və üstəlik, işdən kənarda da həyatımızı eyni ardıcıllıqla yaşamaq deməkdir.

Valyuta.az 20 ildir ki, vaxtın idarə edilməsi və Şəxsi Məhsuldarlıq üzərində işləyən Dr. Donald Wetmore-un vaxt idarəçiliyinə başlamaq üçün ən yaxşı səkkiz qaydasını təqdim edir:

Sənədlərinizi səliqəyə salın

Baxmayaraq ki, çoxumuz artıq kağız zibilliyində boğulmuruq, əlbəttə ki, kompüterlərimizin “Sənədlərim” bölməsində və ya “masa” üzərində səpələnmiş çoxlu lazımsız sənədlər olur. Tez-tez istifadə etdiyiniz mətnləri və ya məlumatları asanlıqla əldə edilə bilən yerdə və mütəşəkkil şəkildə saxlamalısınız.

Bir təqviminiz olsun

İnsanların güzgülərində, soyuducularının üzərində müxtəlif qeyd kağızları olur. Bunlarla məşğul olmaq çətindir, həm də çox vaxt aparır. Ona görə də biri iş həyatınız, biri də şəxsi həyatınız üçün ən çox iki təqviminiz olmalıdır.

Masanızı və iş mühitinizi səliqəyə salın

Mütəşəkkil olmayan insanlar vaxtlarının çoxunu axtardıqlarını tapmaq və ya diqqətini yayındıran obyektlərlə məşğul olmaq üçün sərf edirlər. Yüksək vəzifəli şəxslərin ofisinə daxil olsanız, onların ləkəsiz bir masa arxasında işlədiklərini görərsiniz və bunu uğurlarının səbəblərindən biri hesab edə bilərsiniz.

Həmişə kifayət qədər alət və avadanlıqlara sahib olun
 
Müntəzəm olaraq istifadə etdiyiniz qələm, kağız, kağız klipləri, zərflər və ya ofis ləvazimatlarını axtarmağa vaxt itirməyin.

Fiziki mühitinizi işlək hala gətirin

Masanızda faks aparatını, fayllarınızı və təchizatlarınızı təşkil edin. Müntəzəm olaraq istifadə etdiyiniz əşyaları əlinizin altında, istifadə etmədiyiniz əşyaları isə gözdən uzaq bir yerə qoyun.

Funksional çanta hazırlayın

Xüsusilə çox səyahət edirsinizsə və ya həmişə ofisdən kənardasınızsa, çantanızı diqqətlə hazırlamalısınız. Gedəcəyiniz yerdə istifadə edəcəyiniz əşyalarla yanaşı, ehtiyac duya biləcəyiniz əşyaları daşımaq da faydalıdır. Kalkulyator, cib xəritəsi, qələm, zərf, bloknotlar, möhürlər və s. Sizə lazım ola biləcək hər şey. Və tıxacda ilişib qaldığınız halda öyrənmək və ya oxumaq üçün bir şeyin olması yaxşıdır.

Proqramlarınızı pozmayın

İşinizlə əlaqədar olaraq özünüzü, avtomobilinizi və evinizi daima yoxlamağı laqeyd yanaşmayın. Həmin işlərin indi görülməsi vacib olmasa da, sonra onlar yığılaraq çətin həll olunan problemə çevrilə bilir.

Əlaqə adlarınızı qeyd edin

Gələcəkdə sizin üçün faydalı olacağını düşünərək ünsiyyət şəbəkənizə diqqət yetirin. Əldə edə biləcəyiniz şəxslərin nömrələrini qeyd edin.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin