AP ABŞ-ın Ukraynaya 125 milyonluq yeni yardım paketindən xəbər tutdu
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya təxminən 125 milyon dollar yeni hərbi yardım göndərəcək.
Valyuta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Associated Press (AP) məlumat yayıb.
Paketə hava hücumundan müdafiə raketləri, HIMARS və Javelin sursatları, tank əleyhinə raketlər, dron əleyhinə sistemlər, həmçinin 155 və 105 mm-lik artilleriya sursatları və nəqliyyat vasitələri daxil olacaq. Ağ Evin bu barədə avqustun 23-də, Ukraynanın Müstəqillik Günü ərəfəsində rəsmi açıqlama verəcəyi gözlənilir.
Yardım Pentaqonun ehtiyatlarından verilir və adi haldan daha tez çatdırıla bilər.
Bir gün əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, Vaşinqtonun siyasəti Ukraynaya Amerika silahları ilə əks-hücumlar keçirməyə imkan verir ki, Ukrayna Silahlı Qüvvələri Kursk bölgəsində Rusiyanın hücumlarından müdafiə olunsun.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay