BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
54207

Rezident və qeyri-rezident anlayışı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun müəyyənləşib. 

Bu terminlərə xüsusi ilə maliyyə sahələrində rast gəlinir. 

Valyuta.az Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq rezident və qeyri-rezident anlayışlarının açıqlamasını təqdim edir:

Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 13.2.5.1 uyğun göstərilən tələblərin birinə cavab verən şəxs rezident adlanır 

- təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;

- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;

- VM-nin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:

daimi yaşayış yeri; həyati mənafelərinin mərkəzi;

adətən yaşadığı yer;

Azərbaycan Respublikasının vətəndaşlığı;

- fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun;

- Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya Azərbaycan Respublikasında idarə edilən istənilən hüquqi şəxs.

Rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər isə aşağıdakıları əhatə edir:

- Vergi ödəyicisinin ailə üzvləri:

- ər-arvadlar;

- valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər;

vərəsələr;

- doğma (ögey) bacılar (qardaşlar);

- bacı və qardaş övladları;

- ər-arvadların bacıları, qardaşları və valideynləri;

- bacıların ərləri və qardaşların arvadları;

- valideynlərin bacıları (qardaşları);

- qəyyumlar və qəyyumluğa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda.

Qeyri-rezident anlayışı isə Vergilər Məcələsinin 13.2.6 bəndinə uyğun tənzimlənir

- Müəyyən ölkəyə münasibətdə onun hüdudlarından kənarda daimi yaşayış yeri olan, o cümlədən bu ölkədə müvəqqəti qalan fiziki şəxslər;

- Müəyyən ölkəyə münasibətdə xarici dövlətlərin qanunvericiliyinə müvafiq surətdə yaradılmış və bu ölkənin hüdudlarından kənarda yerləşən hüquqi şəxslər və hüquqi şəxs olmayan müəssisə və təşkilatlar;

- Ölkədə yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları;

- Müəyyən ölkəyə münasibətdə qeyri-rezidentlərin bu ölkədə yerləşən filialları və nümayəndəlikləri (büro və agentlikləri).[1]

- Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri;

- Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri;

- məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;

- Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;

Qeyri-rezidentlərin gəlirləri isə aşağıdakı qaydalara uyğun tənzimlənir:

Daimi nümayəndəliklə bilavasitə bağlı olmayan gəlirləri və daimi nümayəndəlik vasitəsilə əldə olunan gəlirləri özündə cəmləşdirir. 2-ci halda Azərbaycan mənbəyindən alınan gəlirlər üzrə vergi öhdəliklərini daimi nümayəndəlik özü yerinə yetirir və yalnız xalis mənfəətindən qeyri-rezidentə ödəmələr aparılarkən həmin ödəmədən 10 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunmalıdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunması nəzərdə tutulduğu halda, xüsusi olaraq hazırlanmış inzibatçılıq qaydalarına əsasən müvafiq şəkildə təsdiqlənmiş formalar təqdim olunmaqla dividend, faizlər və royaltilər ödəmə mənbəyində vergiyə cəlb olunmadan azad edilə, vergiyə cəlb olunmuş digər gəlir növləri isə vergi tutulduqdan sonra qeyri-rezidentin vergi orqanına müraciətinə əsasən Nazirlər Kabineti müəyyən etdiyi qaydada geri qaytarıla bilər. 
 
Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin