Deputatlığa namizəd Sərdar İsmayılov seçicilərə nə vəd edir? - Platformanın bir hissəsi açıqlandı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd olan vəkil Sərdar İsmayılov seçki platformasındakı əsas məqamları açıqlayıb.
Valyuta.az xəbər verir ki, sözügedən əsas hədəflər aşağıdakılardır:
1. Ödənişsiz hüquqi yardım fondunun yaradılması.
2. Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına sosial dəstəyin, diqqət və qayğının artırılması.
3. İşsizliyin azaldılması və yeni iş yerlərinin təsis edilməsi, xüsusi ilə də gənclərin əmək bacarıqlarına uyğun işlərlə təmin olunması.
4. Vətəndaşların davamlı olaraq qəbulu və onların problemlərinin dinlənilərək aradan qaldırılması istiqamətində atılan zəruri addımlar.
5. Hər bir vətəndaşın rihafının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində yeni qanunvericilik aktlarının qəbul edilməsinə təşəbbüs göstərmək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay