BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
54095

Bu ilin ilk beş ayı ərzində Azərbaycana xaricdən 330 ton asbest gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artım deməkdir.

Oxu.Az xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində, əsasən, tikinti sənayesində istifadə edilən asbestin olduqca təhlükəli maddə hesab olunması və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotilli asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif etməsi ilə bağlı məlumatlar yayımlanıb.

Qeyd olunub ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən asbest ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilən xidməti məktuba əsasən, asbest örtüklü evlər siyahıya alınır və onların dam örtüklərində ölçü işləri aparılır.

Bundan əlavə, Dövlət Gömrük Komitəsi təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların siyahısına asbesti də daxil edib.

Məsələyə aydınlıq gətirilməsi üçün Dövlət Gömrük Komitəsinə sorğu ünvanladıq.

Komitənin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, asbestin xammal və hazır məhsul şəklində idxalına heç bir qadağa yoxdur.

"Təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədilə Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların" siyahısına görə, yalnız toz və lif şəklində olan asbest tullantılarının ölkə ərazisinə gətirilməsi qadağandır və bu qəbildən olan mallar ölkə ərazisinə idxal edilməyib.

Asbestin xammal və hazır məhsul şəklində idxalına isə mövcud qanunvericiliyə əsasən, qadağa və məhdudiyyət müəyyən olunmayıb.

Asbest xammalının dövriyyəsinə məhdudiyyət "Müəyyən zəhərli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində əvvəlcədən razılığın verilməsi proseduruna dair Rotterdam Konvensiyası" ilə tənzimlənir və hazırda bu məsələlər üzrə müvafiq işlər aparılır", - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.

İran, Türkiyə, Ukrayna kimi region ölkələri də daxil olmaqla, dünyanın 69 ölkəsində asbestdən istifadə qadağan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

"Təşviqlər hesabına İKT sektorunda maaş fondu 40% artıb"

Ləzə kəndində turizm infrastrukturu yaradılacaq - Agentlik 1,1 milyon manat ayırdı

Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıb

Assosiasiya BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılmasına münasibət bildirib

Bu şəxslərin maaşlarının artırılması təklif olunur

Azərbaycanda bankların faiz xərclərinin həcmi açıqlanıb - SİYAHI

Xaricdən nəqliyyat vasitələri alışına çəkdiyimiz xərc 300 milyon dollara yaxın azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin