BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
54060

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən, meymunçiçəyinə görə riskli ölkələr müəyyən edilib və həmin ölkələrdən gələn sərnişinlərə xüsusi diqqət yetirilir. Azərbaycanda da müvafiq qurumlar tədbirlər görməyə başlayıblar.

Ölkəmizdə onlayn sifarişlərə tələbatın böyük olduğunu nəzərə alsaq, bağlamalar vasitəsilə virusun yayılma təhlükəsi də vətəndaşları düşündürür.

Bəs məsələ ilə bağlı reallıq nə yerdədir? Bağlamalar vasitəsilə virus keçə bilərmi? "Azərpoçt" MMC virusla bağlı qabaqlayıcı tədbirlər görübmü, dezinfeksiya işləri aparılırmı?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Oxu.Az-a açıqlamasında bildirib ki, bağlamalar vasitəsilə yoluxma təhlükəsi mövcuddur:

"Meymunçiçəyi virusu təmas yolu ilə keçir. Poçtla göndərilən məhsullar xəstə adamın əli ilə hazırlanırsa, virusun başqa bir şəxsə yoluxma ehtimalı böyükdür. Ən çox poçt məhsulu aldığımız ölkələrdən olan Türkiyə ilə Azərbaycan arasında məsafə böyük deyil. Haqqında danışdığımız virus isə Türkiyədə geniş yayılmayıb. Orada bir neçə adamda müşahidə edilib.

Miqrasiyanın çox olduğu ölkələrdə gediş-gəliş yüksək olduğu üçün meymunçiçəyi virusunun yayılması tam realdır. Bəzən yoluxmalarda gizli dövr üç həftəyə qədər davam edir. Bu da onunla nəticələnir ki, yoluxmuş bir adam ölkəyə daxil olanda tam sağlam görünür, daha sonra xəstələnir. Buna görə də transsərhəd keçid zonalarında nəzarət güclənməli, maarifləndirmə işləri aparılmalıdır".

"Azərpoçt" MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Afaq İbrahimova məsələ ilə bağlı sorğumuzu belə cavablayıb:

"Azərpoçt" MMC öz əməkdaşlarının, eləcə də poçt şöbələrində xidmət göstərdiyi vətəndaşların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün daima müvafiq tədbirlər icra edir.

Hazırda meymunçiçəyi virusu ilə bağlı ölkədə təşviş yaradacaq hal müşahidə olunmadığından qurum tərəfindən də xüsusi tədbir görülməyib.

Məlumat üçün bildirək ki, "Azərpoçt" MMC dövlət sanitariya nəzarətinin və əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində dövlət siyasətinin həyata keçirilməsində əsas iştirakçı sayılan aidiyyəti qurumun tədbirləri və çağırışlarına uyğun olaraq addımlar atır".

Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazov Oxu.Az-a açıqlamasında meymunçiçəyi virusunun laboratoriya müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatlarının ölkəyə gətirildiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var."

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

"Qala Həyat” geriləməkdə davam edir - Yığımları 1,1 mln. manat azalıb

Azərbaycanda İPO-ların vergi güzəştləri vasitəsilə dəstəklənməsi planlaşdırılır

Sığorta şirkətlərinin ödənişləri üzrə 10 aylıq renkinqi

Sığorta şirkətlərinin yığımları üzrə renkinqi - Yanvar-oktyabr, 2024

Prezident Sərəncam imzaladı

“Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

20 Yanvar dairəsindən Sumqayıta müntəzəm marşrut xətti açılacaq?

Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi

Dünyanın ən bahalı avtomobil QƏZASI: 13,4 milyon manat

Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - Adlar

Könüllü sığorta üzrə ödənişlər 150 milyon manata yaxın artıb

Yağış yağacaq, şimşək çaxacaq

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Sahibləri “Expressbank”dan nə qədər qazanır?

Dəyəri 5 000 manata qədər məhsulların ixracı gömrük ödənişlərindən azad olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin