Dünya
20.08.2024 / 20:57
"Boeing" 777X seriyalı təyyarələrin sınaqlarını uğursuzluq səbəbindən dayandırdı
54040
Təyyarə istehsalçısı “Boeing” 777X seriyalı təyyarələrin hissələrinin birində nasazlıq aşkar etdikdən sonra onların sınaq uçuşlarını dayandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətin sifarişinə istinadən CNBC məlumat yayıb.
Qırılan hissənin sifarişlə hazırlandığı və mühərriklə təyyarə konstruksiyası arasında yerləşdiyi qeyd edilir. Zərər adi təmir zamanı aşkar edilib.
"Komandamız zədələnmiş hissəni dəyişdirir və öyrənir, onlar hazır olan kimi sınaq uçuşlarına davam edəcəyik", deyə şirkət bildirib.
CNBC qeyd edib ki, bu hadisənin 2025-ci ildə planlaşdırılan yeni təyyarələrin sertifikatlaşdırılmasına və tədarükünə təsir edib-etməyəcəyi hələlik məlum deyil.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay