Moskva və Pekin yeni qaz marşrutları üzərində işləyir
Rusiya və Çin Monqolustan vasitəsilə qaz ixracı şərtlərini müzakirə edir, həmçinin Uzaq Şərq marşrutu üzrə qaz kəmərinin layihəsini hazırlayırlar.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında enerji sahəsində strateji qarşılıqlı əlaqələr dərinləşir. Rusiya Çin bazarına ən böyük neft tədarükçüsüdür və Çinə kömür və LNG ixracında lider mövqe tutur.
"Sibirin gücü" ilə təbii qazın tədarükü sistematik olaraq artır", deyə hökumət qeyd edib.
Avqustun 21-də Moskvada Rusiyanın baş naziri Mixail Mişustin və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Çianqın sədrliyi ilə Rusiya və Çin hökumət başçılarının növbəti görüşü keçiriləcək.
"Qazprom"un məlumatına görə, 2023-cü ildə "Sibirin gücü" vasitəsilə Çinə qaz nəqli 48% artaraq 15,5 milyard kubmetrə çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay