BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8462
  • RUB
    0.0178
  • TRY
    0.0496
  • GBP
    2.2171
53892

Amerikalı ailə Azərbaycana səfər planlayır. Hələ zaman seçimi edilməyib, sadəcə planlarında Bakını gəzmək var. Araşdırırlar və düşünürlər ki, gəlmişkən Azərbaycanın maraqlı bir bölgəsinə də səfər etsinlər. Ailənin gənc qızı Ava onların səfərini planlayan tur şirkətinin nümayəndəsi Samirlə əlaqə saxlayır və deyir: “Bilirsiniz, bizim Azərbaycana səfərimiz tək Bakı ilə bağlı idi, amma sonra atam dedi ki, ailəvi gedirik, ölkənin bölgələrindən birini də gəzək. İnternetdə baxdıq, amma seçim edə bilmədik. Sizdən kömək istəyək dedik”.

Samir: “Məncə də, Azərbaycanın bölgələrini gəzmədən getməməlisiniz. Seçim çoxdur, bəlkə Kəlbəcərə gedəsiniz?! Çünki son vaxtlar Azərbaycana gələn turistlərin ən çox diqqətini çəkən bölgələrdən biridir. Ora apardığımız turistlər gözəl təəssüratlarla ayrılırlar”.

Ava: “Bölgələrdən birində olmağı istəmə səbəblərimizdən biri də gözəl təbiət görmək istəyidir. Çünki getdiyimiz ölkələri seçəndə təbiətinə xüsusi diqqət edirik. Kəlbəcərdə təbiəti hiss edə biləcəyik?”

Samir: “Siz bölgələrimizi də görmək istədiyinizi deyəndə, hiss etdim ki, sizin üçün təbiət xüsusilə maraqlıdır. Kəlbəcərin möhtəşəm gözəlliyi olan təbiəti var. İnternetdə şəkillərinə baxın, görəcəksiniz. Yaşıllıq sevirsinizsə, təbiət sizə zövq verirsə, Kəlbəcər çox maraqlı gələcək. Təsəvvür edin, burada 4 mindən artıq müxtəlif növ bitkilər yetişir. Bu bitkilərin 200-dən çoxu dərmanların hazırlanması üçün istifadə olunur. Bundan başqa, bu bitkilərdən müxtəlif növ ətirlər hazırlanır. Xüsusilə də yay aylarında buranın rəngarəng florası Kəlbəcəri daha valehedici edir”.

Ava: Təsəvvür etdim, gözəl bir yer kimi gəldi. O zaman yay aylarında səyahət etməyimizi məsləhət görürsünüz? Çox isti yer deyil ki?

Samir: İsti? Əksər yerlərdə 40 dərəcə isti olan yay aylarında Kəlbəcərdə 5-20 dərəcə arası temperatur olur. İndi havasını təsəvvür edin. Kəlbəcəri yay aylarında görməyinizi istəyərdim, amma bu, o demək deyil ki, ancaq yayda gəlməlisiniz. Kəlbəcər hər fəsildə gözəl görünür və bütün fəsillərdə turistlər üçün maraqlıdır. Kəlbəcərdə 30 mindən çox bulaq, 30 min hektardan çox meşələr, 4 min metrə qədər yüksəkliyi olan zirvələr var. Qışda isə başı qarlı bu dağlar ecazkar mənzərə yaradır. Kəlbəcərdə ekstermal xizəklə sürüşməyə tam şərait var. Əgər sizin xizək sürməyə marağınız yoxdursa, başqa formada istirahətinizi davam edə bilərsiniz. Kəlbəcərdə asma kanat, snoubord, dağ yolları ilə turlar, velosiped gəzintisi, trottinet, yamac paraşütçülüyü və bir çox əyləncə növləri var. 

Ava: Əsas məsələ, ora necə gedəcəyimizi də soruşum. Biz Bakını gəzdikdən sonra Kəlbəcərə necə gedəcəyik, orda harada qalacağıq?

Samir: Kəlbəcərə bir neçə yolla gedə bilərik. Avtomobil yolu ilə səyahət etmək olar. Ora səyahət edən zaman çoxsaylı tunellərdən keçəcəyik. Yol boyu tunellərdən keçdikcə, təbiətin bütün gözəlliklərini görmə şansınız olacaq. Bununla yanaşı istəsəniz, təyyarə ilə də səyahət edə bilərik. Bakıdan Laçın Beynəlxalq Hava Limanına gedərək ordan da Kəlbəcərə keçərik. Laçını da görmüş olarsınız. Buradan Kəlbəcərə məsafə qısadır. Həm də vaxta qənaət etmiş olarıq. Burada müxtəlif hotellər və restoranlar xidmət göstərir. Restoranlarda yerli və Avropa mətbəxinin təamlarını dada bilərsiniz. Hotellərlə yanaşı, günlük evlərdən də istifadə etmək olar. Həm ailəvi, həm də tək istirahət üçün ilin bütün fəsillərinə uyğun şərait yaradılıb.

Ava: Bilirsiniz, atamı tarixi abidələr olmayan yerlərə aparmaq çətindir. Düzdür, təbiət vurğunudur, amma tarix də sevir. Düşünür ki, olduğumuz ölkədən zövq almaqla yanaşı, tarixini öyrənməliyik.

Samir: Siz tarixi abidələrlə maraqlandığınızı desəydiniz, mənim sizə məsləhət görəcəyim bölgələrimizin içərisində mütləq Kəlbəcər olacaqdı. Burada yerləşən tarixi alban abidələri, eyni zamanda, yaşı 30 min ildən çox olan yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri var. Ən qədim tarixi abidələrdən biri Xudavəng monastrıdır. Xudavəng Monastrı VI-VII əsrlərə aid edilir. Monastr yüksək təpəlik üzərində yerləşir. Burada Həsənriz, Kolataq, Vəng, Çərəkdar kəndlərində qədim Alban məbədləri və digər kəndlərdə çoxsaylı qədim məbədlər var. Kəlbəcər ucqar ərazidə yerləşdiyindən bu məbədlər də kəndlərin ucqar yerlərində qurulub. Buna görə də, təbiətin bütün ecazkarlığı göz önündə olur. Yəni atanıza rahatlıqla məsləhət görə bilərik.

Ava: Sizinlə danışa-danışa mən internetdə araşdırma apardım, Kəlbəcər müalicəvi mineral sular cəhətdən də zəngin imiş. O yerləri də mütləq görmək istəyərik. 

Samir: Kəlbəcərin müalicəvi suyu bütün dünyada tanınır. Bu suların müalicəvi əhəmiyyəti böyükdür. Yəqin ki, Çexiyanın Karlovı Varı şəhəri haqqında eşitmisiniz. Müalicəvi suları ilə dünyada məşhurdur. Kəlbəcərdə yerləşən “İstisu” bulağı müalicəvi əhəmiyyəti baxımından bu sularla eynidir. Hətta, tərkibində olan bir çox maddələrə görə Karlovı Varı sularından daha faydalı hesab edilir. "İstisu" mineral və müalicəvi suyu bu bölgənin rəmzinə çevrilib. Bu sulardan bir çox xəstəliklərin müalicəsində çox geniş istifadə olunur. Sinir sistemi, hərəkət orqanları, uroloji və digər bir çox xəstəliklərin müalicəsində bu sular çox yaxşı effekt verir. Burada yaradılmış İstisu Sanatoriyasında həm istirahət etməyə, həm də müalicə almağa bütün şərait var. Artıq bir neçə ildir ki, bu sanitoriyaya minlərlə turist gəlir. Burada həm böyüklər, həm də uşaqlar üçün xüsusi istirahət zonaları yaradılıb. 

Ava: Çox gözəl, elə təsvir etdiniz ki, lap adam istəyir köçüb burada yaşasın (Gülür). Uzun müddət qalmaq istəsək, hansı üstünlükləri var? Məsələn, bir ay.

Samir: Bir ay qalmaq istəsəniz, buranın təbiətinin gözəlliklərini daha çox seyr etmək şansınız olar. Kənd yaşıl turizmi də çox inkişaf edib. Sizə burada kirayə evlər təşkil edə bilərik. Tam ağıllı evlərdir. Bu evdə istədiyiniz kimi istirahət edə bilərsiniz. Evlərin həyətində olan təbii bitkilər, güllər sizə xoş aura bəxş edəcək. Bununla yanaşı, evlərin bağ hissəsində bəzi mövsümü meyvələr, tərəvəzlər yetişir. Həmin məhsullardan yığıb, istifadə edə bilərsiniz. Bundan başqa, Kəlbəcərin ən ucqar nöqtələrindən biri olan Dəlidağ Kompleksinə səyahət edə bilərsiniz. Bu dağın hündürlüyü 3616 metdir. Təkcə ötən il bu dağı ziyarət etmək üçün gələnlərin sayı 50 min nəfər olub.

Ava: Burada uzun müddət qalan zaman insanlar ilə də daimi ünsiyyətdə olmalıyıq. Buraların insanlarının xarici qonaqlara münasibətləri necədir?

Samir: Azərbaycanın hansı bölgəsinə getsəniz, orada çox isti münasibət görəcəksiniz. Kəlbəcərin sakinləri həm yerli vətəndaşlara, həm də xarici qonaqlara münasibətləri çox yaxşıdır. Öz evinizdə kimi hiss edəcəksiniz. Sakinlərin mehribanlığı, qonaqpərvərliyi gələn turistlərdə xoş təəssürat yaradır. Onlar turistlərlə maraqlı söhbət edir, bu yerlər haqqında məlumat verir, nəsə problem olan zaman həmişə köməklik göstərməyə çalışırlar. Ürəyiniz rahat olsun.

Ava: O zaman Bakıdan sonra yolumuz Kəlbəcərə olacaq. 

Bəli, 10 il əvvəl bu haqda danışsaydıq, bu, bir arzu ola bilərdi, amma 10 il sonra üçün artıq bir plandır... Necə ki, ötən əsrin 80-ci illərində Kəlbəcərə keçmiş SSRİ-dən və Avropadan on minlərlə turist gəlirdi, indi bu say yüz minlərlə ölçüləcək. Azərbaycana səfər edən turistlər Kəlbəcəri ziyarət etmədən qayıtmaq istəməyəcək. 

Əvəz Həsənov / Valyuta.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

General vəzifəsindən AZAD EDİLDİ

Bu şəxslər də pensiya alacaq

Operativ nəqliyyat vasitələrinin siyahısı genişlənir

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb

Eldar Əzizov Bakıdakı vəziyyətdən danışdı: "Nöqsanlara yol verilib"

“Həmin şəxslərə güzəştli şərtlərlə ipoteka verilməlidir”

Valyuta hərracında bankların dollara tələbi tam ödənilib - NƏTİCƏ

Turizm zonalarında bu fəaliyyətlər qadağan olunacaq

Bank əməliyyatlarımızı “çek”siz etsək, problem olarsa, pulumuzu geri qaytara bilərik?

Bank əməliyyatlarımızı “çek”siz etsək, problem olarsa, pulumuzu geri qaytara bilərik?

Bu şəxslər 15 ilədək həbs oluna bilər

Qatarların pəncərələrindən zibil atanların cəriməsi 16 dəfə artırıldı

Avtomobildən bayıra zibil atanların cəriməsi artırıldı - 4000 manatadək

Zibili qutusuna atmayanların cəriməsi artırıldı

Pianino aldığımız və satdığımız ölkələr - QİYMƏTLƏR

Pianino aldığımız və satdığımız ölkələr - QİYMƏTLƏR

"Bazarstore" cərimə edilib

Rusiyada dolların bir neçə həftəlik maksimumuna baxmayaraq, rubl güclənir

Yüksək dividend şirkəti AGNC rüblük hesabatını açıqladı - RƏQƏMLƏR

Yüksək dividend şirkəti AGNC rüblük hesabatını açıqladı - RƏQƏMLƏR

Prezident “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib

Növbəti illərdə bakalavr səviyyəsi üzrə qəbul planı artırılmayacaq

Bakıda bəzi yollarda məhdudiyyət tətbiq edilib, sıxlıq yaranıb - SİYAHI

Bu universitetə yeni prorektor təyin edildi

Azərbaycan taxıl idxalını azaldıb - xaricdən buğda asılılığımız bitir?

Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi

Dükanlarda qızıl və gümüş üzüyün satış qiyməti bahalaşıb - Rəsmi

Dünyanın diqqəti Kazana yönəlib - BRİCS sammitində nələr olacaq?

İKZF satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri alır

28 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyinatı aparılıb

Kommersiya məhkəmələrinin hakimləri üçün “Maliyyə və bankçılıq” mövzusunda təlimlərə başlanılıb

Xaricdən gətirilən 1 ədəd arının qiyməti 16 dollardan 3 dollara düşüb

Musa Qasımlı direktor vəzifəsindən azad edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin