BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
53721

Avqustun 13-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC və “Gürcüstan Dəmir Yolu” SC-nin təsisçiliyi ilə “BTKI Railways” MMC (birgə müəssisə) yaradılıb.

Valyuta.az xəbər verir ki, məqsəd getdikcə daha əhəmiyyətli geosiyasi və iqtisadi aktivə çevrilən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin potensialının artırılmasıdır.

BTQ-nin idarə edilməsi üçün birgə müəssisənin yaradılması xəbəri ilk baxışdan sırf texniki detal kimi görünsə də, bu hadisənin arxasında regionun geosiyasi ambisiyalarını və qlobal iqtisadi tendensiyaları əks etdirən daha dərin məna dayanır.

BTQ dəmir yolu qitələrarası daşımalarda əsas marşruta çevrilib. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolu yüklərin daşınma müddətini 2 dəfədən çox azaltmaq üçün əlverişli şərait yaradıb. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, həmçinin Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının bir hissəsinə çevrilib. BTQ Orta Dəhlizdə yerləşən ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, sabitliyin təmin edilməsinə və davamlı inkişaf təşəbbüslərinin dəstəklənməsinə mühüm töhfə verir.

Son vaxtlar ADY-nin BTQ-nin genişləndirilməsi istiqamətində apardığı kompleks işlər bu marşrutla daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasətinin həyata keçirilməsi, ölkə ərazisindən daha böyük həcmdə tranzit yüklərin daşınması və beləliklə, onların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün irimiqyaslı logistika və marketinq işlərinin intensivləşdirilməsi məqsədi daşıyır.

Mərkəzi Asiyanı Qafqaz vasitəsilə Avropa ilə birləşdirən bu nəqliyyat dəhlizi qlobal geosiyasi dəyişikliklər və ənənəvi ticarət marşrutlarında artan qeyri-sabitlik fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu, region ölkələrinin həmrəyliyini və daha böyük inteqrasiya prosesləri çərçivəsində əməkdaşlıq etmək istəyini nümayiş etdirir. Bu birlik mesajı xüsusilə Qırmızı dənizdə logistika sahəsindəki pozuntular, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə nəticəsində yaranan qlobal qeyri-sabitlik fonunda vacibdir. Mövcud şəraitdə BTQ kimi alternativ nəqliyyat marşrutlarının əhəmiyyəti xeyli artır.

Türk dünyası və yeni İpək Yolu

“BTKI Railways”in yaradılması təkcə Azərbaycan və Gürcüstanını dəmir yolu operatorlarının birləşməsi demək deyil. Bu, türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi və ənənəvi ticarət yollarına alternativin yaradılmasına xidmət edən strateji addımdır.

BTQ türk dövlətləri, xüsusən də Mərkəzi Asiya ölkələri üçün Yaxın Şərq və Cənubi Asiyadakı qaynar nöqtələrdən yan keçərək Avropaya mal ixrac etmək üçün yeni marşrut təklif edir. Bu, Yaxın Şərqdəki qeyri-sabitlik və regionda logistika zəncirlərinin pozulması ilə əlaqədar xüsusi aktuallıq kəsb edir.

BTQ vasitəsilə istehlak malları ilə yanaşı, Mərkəzi Asiyadan Avropaya enerji resurslarının da nəqlinin mümkünlüyü Avropa ölkələrinin enerji təhlükəsizliyini artırır.

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin mühüm iqtisadi potensialını nümayiş etdirən 2023-cü il üzrə bəzi rəqəmləri təqdim edirik: TDT ölkələrinin məcmu ÜDM-i 1,2 trilyon ABŞ dolları, əhalinin ümumi sayı 163 milyon nəfər, ölkələr arasında ticarətin həcmi 22 milyard ABŞ dolları təşkil edir.

Buna əsaslanaraq qeyd etmək olar ki, BTQ sadəcə iqtisadi layihə deyil, həm də geosiyasi təsir alətidir. Türk dövlətləri arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi bu ölkələrin yaxınlaşmasına və daha sıx siyasi əlaqələrin qurulmasına töhfə verir.

Bununla belə, BTQ-nin çox böyük potensialı var. Dəmir yolu infrastrukturunun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və rəqəmsal texnologiyaların inkişafı bu nəqliyyat dəhlizini biznes üçün daha da cəlbedici edəcək.

Beləliklə, yeni müəssisə BTQ ilə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlb edilməsi üzərində işləyəcək. Bu ilin may ayında BTQ dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsinin yenidən qurulması və genişləndirilməsi işləri başa çatdıqdan sonra onun illik ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan və bütövlükdə Asiyadan yüklərin böyük hissəsinin qərb və əks istiqamətdə daşınmasını həyata keçirməyə və yükdaşıma sahəsində beynəlxalq rəqabətə tam hazırdır.

Bununla da BTQ Orta Dəhlizin əsas dəmir yolu hissəsi kimi yeni İpək Yolunun rəmzidir. BTQ etibarlı və səmərəli nəqliyyat marşrutlarında maraqlı olan qitələr arasında nəqliyyat əlaqələrini gücləndirməklə yanaşı, Mərkəzi Asiya ölkələri, Türkiyə və Avropa arasında davamlı iqtisadi əməkdaşlığa zəmin yaradaraq qlobal tədarük zəncirində mühüm rol oynayır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin