10 milyonluq şirkət səhmlərinin dəyərini və nizamnamə kapitalını artırır
"Gəncə Şərab-2" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Valyuta.az xəbər verir ki, yığıncağda “Gəncə Şərab-2” ASC-nin səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması, ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Cəmiyyətin nizamnaməsinin ikinci redaksiyada təsdiq edilməsi, səhm buraxılışının dövlət qeydiyyatına alınması, səhmlərin qapalı şəkildə yerləşdirilməsi, səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciətlə bağlı məsələlər, Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Babazadə Saleh Nadir oğludur. Şirkətin nizamnamə kapitalı 10 milyon 685 min 340.69 manatdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay