ABŞ-ın büdcə kəsiri iyul ayında artdı - 244 milyarda çatdı
İyulda ABŞ-ın büdcə kəsiri keçən illə müqayisədə 10% artaraq 244 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, kəsir 2023-cü ilin iyulundaki 221 milyard dollara nisbətən keçən ay 23 milyard dollar artıb.
İyulda daxilolmalar 330 milyard dollar olub ki, bu da əvvəlki illə müqayisədə 20% çoxdur. Təxirə salınmış vergilərə düzəliş edilsə, gəlir 12% artacaqdı.
İyulda xərclər 16% artaraq 574 milyard dollara çatıb. Agentliyin qeyd etdiyi kimi, bu, Medicare proqramına (ABŞ-da 65 yaş və yuxarı insanlar və əlillər üçün milli tibbi sığorta proqramı) xərclərin 72 milyard dollar artması ilə bağlıdır.
ABŞ Konqresinin Büdcə Ofisi ABŞ-ın büdcə kəsirinin 2024-cü ildə 1,9 trilyon dollara çatacağını və 2034-cü ilə qədər 2,8 trilyon dollara çatacağını proqnozlaşdırıb.
İyulun sonunda ABŞ-ın ümumi dövlət borcu ilk dəfə 35 trilyon dolları keçib. Yanvarın əvvəlində ABŞ-ın dövlət borcu ilk dəfə 34 trilyon dolları keçib. ABŞ Baş Mühasibat İdarəsi qeyd edib ki, gəlir və xərclərlə bağlı mövcud siyasət qorunmaqla dövlət borcunun 200%-ə qədər artması proqnozlaşdırılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay