Süni intellekt dilin rənginə görə xəstəliklərə diaqnoz qoyacaq
MTU və Cənubi Avstraliya Universitetinin (UniSA) alimləri insanın dilinin rənginə əsaslanaraq müxtəlif xəstəliklərə diaqnoz qoymaq üçün maşın öyrənməsi alqoritmlərini öyrədiblər.
Valyuta.az xəbər verir ki, araşdırmanın nəticələri "Technologies" jurnalında dərc olunub.
İraq və Avstraliyadan olan tədqiqatçılar diabet, insult, anemiya, astma, qaraciyər və öd kisəsi xəstəlikləri, COVID-19 və bir sıra damar və mədə-bağırsaq problemləri kimi xəstəlikləri aşkarlaya bilən görüntüləmə sistemi hazırlayıblar.
Süni intellektin hazırlanması üçün tədqiqatçılar müxtəlif patologiyaları olan xəstələrin dillərinin 5260 təsvirindən istifadə edərək bir sıra təcrübələr aparıblar. Hazırlıq mərhələsini başa vurduqdan sonra mütəxəssislər modelə 60 yeni fotoşəkil təqdim ediblər. Alqoritmlər dilin rənginə əsaslanaraq xəstəliyin diaqnozunu 98% dəqiqliklə təyin edə bilib.
Alimlər qeyd ediblər ki, şəkərli diabet xəstələrinin dili sarı, xərçəng xəstələrinin dili bənövşəyi, kəskin insult keçirənlərin isə qırmızı rəngə malikdir. Ağ dil anemiyanı göstərə bilər və COVID-19 ilə tünd qırmızı ola bilər. Dilin indiqo və ya bənövşəyi rəngi qan damarları, mədə və ya bağırsaqlarla bağlı problemləri, həmçinin astmanı göstərə bilər.
Tədqiqatın aparıcı müəllifi Əli Əl-Naci bu süni intellekt sistemini inkişaf etdirərkən alimlərin ənənəvi Çin təbabətindən ilhamlandığını vurğulayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay