Daha bir şirkət Qazaxıstan neftini Almaniyaya nəql etməyə başladı
İtaliyanın "Eni" şirkətinin törəmə müəssisəsi Qazaxıstan neftini Almaniyaya nəql etməyə başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Təchizat Qazaxıstanın "Agip Caspian Sea" şirkəti tərəfindən Rusiya Federasiyası ərazisindən keçən "Drujba" boru kəməri ilə həyata keçirilir. 2024-cü ilin iyun ayında tədarük həcmi 20 min ton təşkil edib.
Bundan əvvəl Qazaxıstanın ilin sonuna kimi Almaniyaya 1 milyon tondan çox neft tədarük edəcəyi bildirilirdi.
2022-ci ilin sonunda Almaniya və Qazaxıstan Şvedt şəhərindəki neft emalı zavodu üçün əlavə həcmlər təmin etmək və Rusiya neftini əvəz etmək üçün "Drujbe" neft kəməri ilə nəql olunmaqla neftin alınmasına dair saziş imzalayıblar. Bu sazişlər çərçivəsində ötən il “Kaztransoil” Almaniyaya 993 min ton neft tədarük edib. Cari il üçün isə Astana və Moskva arasında razılaşmalara əsasən, "Drujba" vasitəsilə Almaniyaya neft tranzitinin həcmi 1,2 milyon tona qədərdir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay