Dünya
13.08.2024 / 15:08
4,2 milyard avroluq yardım Ukrayna hökumətinin hesabına köçürüldü
53588
Avropa İttifaqı (Aİ) bu gün 4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb.
APA-nın “insider.ua”ya istinadən xəbərinə görə, bu barədə adı çəkilən ölkənin baş naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.
Sonuncu tranşın da qarşıdakı dövrdə maliyyələşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay