Serbiya Ukraynaya silah satır? - Baş nazirin müavini cavab verdi
Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Ukraynada serb silahları ilə bağlı xəbərləri şərh edərkən bildirib ki, alıcılar onları üçüncü ölkələrə tədarük etmək üçün icazə istəməyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə Gazeta yazıb.
Daha əvvəl “Financial Times” yazıb ki, Rusiyanın “xüsusi hərbi əməliyyatı” başlayandan Ukrayna üçüncü ölkələr vasitəsilə Serbiyadan təxminən 800 milyon avro dəyərində sursat almış ola bilər.
Vulinin sözlərinə görə, Serbiya yeganə ölkədir ki, alıcılardan onun silah və sursatlarının razılıq olmadan üçüncü ölkəyə satılmayacağına dair zəmanət tələb edir. Belqrad bu tələbi bütün mövcud qaydalara əlavə edib və bütün müqavilələrdə bunu təkid edir.
Vulinin sözlərinə görə, üçüncü ölkələrə satılması üçün Serb müdafiə məhsulları ilə bağlı alıcılardan heç bir müraciət olmayıb.
Baş nazirin müavini hesab edir ki, Ukraynaya serb silahlarının tədarükü ilə bağlı yalan xəbərlər Serbiya ilə Rusiya arasında münasibətləri korlamağa yönəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay