Rusiya rekord həcmdə nağd valyuta idxal edib
2022-ci ilin martında ABŞ və Avropa İttifaqının əskinaslarının bu ölkəyə ixracını qadağan etdikdən sonra Rusiyaya 2,3 milyard dollar nağd dollar və avro daxil olub.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” gömrük məlumatlarına istinadən məlumat yayıb.
Əldə edilən məlumata görə, Rusiya BƏƏ və Türkiyə kimi ticarət məhdudiyyətləri tətbiq etməyən ölkələrdən xeyli miqdarda nağd xarici valyuta idxal edib. Nəşr yazır ki, ümumi məbləğin yarısından çoxunun sənədlərdə mənşə ölkəsi göstərilməyib.
ABŞ 2023-2024-cü illərdə Rusiyaya məhdudiyyətləri aşmağa kömək edən maliyyə institutlarına qarşı sanksiyalarla hədələyib və üçüncü ölkələrin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib. Bir çox ruslar hələ də səyahət, idxal və əmanətlər üçün nağd xarici valyutaya ehtiyac duyurlar.
2022-ci ildə Rusiya qlobal maliyyə sisteminə çıxışı məhdudlaşdıran sanksiyalara görə dollar və avronu “toksik” adlandırıb. Rusiya Bankının 300 milyard dollara yaxın valyuta ehtiyatı Avropada dondurulub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay