Xəbər
09.08.2024 / 17:49
32 milyonluq tender udan "Minera" şirkəti məhkəməyə verildi
53429
"İman Crane Systems LTD 1" şirkəti "Minera" MMC-ni məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.
İş hakim Zeynəb Axundovanın icraatındadır.
Məhkəmə çəkişməsi alqı-satqı müqaviləsinə dair mübahisələrlə bağlıdır.
"Minera" MMC dövlət satınalmalarında fəal iştirak edən və adətən qalib gələn şirkətlərdəndir.
Elə bu günlərdə şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun iki tenderinin qalibi seçilib.
Bu tenderlər üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 32 902 229, 98 manatdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay