"Sudja GIS" dayansa, Avropada qazın qiyməti bahalaşa bilərmi? - Ekspert
"Baker McKenzie" hüquq firmasının enerji eksperti Vatler Bolts "Sudja GIS" boru kəməri vasitəsilə tranzitin qəfil dayandırılması halında Avropada qazın qiyməti 12% bahalaşa bilər.
Valyuta.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti məlumat yayıb.
"Ukrayna tranziti qəfil dayanarsa, qazın qiyməti 1 MVt/saata görə 45 avroya qədər qalxa və bir neçə həftə bu səviyyədə qala bilər", deyə analitik proqnozlaşdırır.
Bolts qeyd edib ki, bu ssenaridə regionda enerjinin dəyəri Avropa İttifaqı ölkələri etibarlı alternativ tədarük mənbələri tapdıqdan sonra azalmağa başlaya bilər.
Cümə günü, avqustun 9-da "Qazprom" bildirib ki, qazın "Sudja GIS" vasitəsilə Avropaya tranzitini davam etdirir. Nasos həcmi sutkada 38,5 milyon kubmetr, avqust ayı üçün orta göstərici sutkada 42,4 milyon kubmetr təşkil edir.
Bir gün əvvəl Aİ-də qazın qiyməti ilin maksimumunu keçərək 1 min kubmetr üçün 460 dolları keçib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay