Moldova enerji böhranından qorxur
Moldovada Rusiyadan Ukrayna ərazisindən qaz nəqlinin dayandırılmasının mümkün riskləri barədə danışmağa başlayıblar.
Valyuta.az xəbər verir ki, bu barədə Moldovanın energetika naziri Viktor Parlikovun bildirib.
Onun sözlərinə görə, Ukraynanın qaz nəqli operatoru əsas qaz ölçmə məntəqəsinin yerləşdiyi Kursk vilayətində hərbi əməliyyatlar səbəbindən mümkün fasilələr barədə xəbərdarlıq edib.
“Dünən gecə Ukraynanın qaz nəqli operatoru qazın Moldovaya və Dnestryanıya axdığı qaz ölçmə stansiyasının yerləşdiyi Kursk vilayətində hərbi əməliyyatlar nəticəsində qaz təchizatında fasilələrlə bağlı mümkün risklər barədə məlumat verib. Biz vəziyyəti müzakirə etdik və qərara gəldik ki, energetika sahəsində yüksək hazırlıq rejimi elan olunması xahişi ilə Fövqəladə Hallar Komissiyasına müraciət edək”, deyə Pərlikov bildirib.
Kursk vilayətinin Sudja şəhərindəki stansiya Rusiya qazının Ukraynadan keçməklə Aİ ölkələrinə və Moldovaya yeganə tranzit marşrutudur. Ötən il bu kəmərlə təxminən 14,9 milyard kubmetr yanacaq tədarük edilib. Bu il “Qazprom” Ukrayna ərazisi ilə Ukrayna tərəfinin təsdiq etdiyi həcmdə – sutkada 37,3 milyon m³ qaz nəqlini davam etdirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay