Dünya
08.08.2024 / 22:55
Macarıstan Rusiyadan qaz almağa davam edir
53321
Macarıstanın "MVM CEEnergy" şirkəti Sudja qaz ölçmə stansiyası yaxınlığında yaranmış vəziyyət fonunda Rusiyadan qazı bir neçə marşrutla aldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Macarıstana təbii qazın tədarükü davamlıdır", deyən şirkətin mətbuat xidməti əlavə edib ki, "MVM CEEnergy" müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edir.
Sudja qaz ölçmə stansiyasından keçən tədarük marşrutu hazırda Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti üçün yeganə yoldur. "Qazprom" 2023-cü ildə onun vasitəsilə təxminən 14,9 milyard kubmetr yanacaq tədarük edib ki, bu da Aİ-də istehlakın təxminən 4,5%-ni təşkil edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay