Xəbər
08.08.2024 / 17:05
Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu deyilən şirkət məhkəmə qarşısında
53315
Mərkəzi Bank "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində inzibati iş başlayıb.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.
İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
464-cü maddəyə görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Mediada "Arash Medical Company" QSC-nin Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu iddia edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay