Nazir: "Avropa Trampın qələbəsi halında öz iqtisadiyyatını gücləndirməlidir"
"Donald Trampın ikinci prezidentliyi perspektivi Avropa İttifaqına hazırlaşmaq və öz iqtisadiyyatını ABŞ-dan daha az asılı vəziyyətə salmaq üçün stimuldur. Əks halda, Aİ problemlərlə üzləşmək riski ilə üz-üzə qalacaq".
Valyuta.az xəbər verir ki, bunu "Bloomberg"ə müsahibəsində İrlandiyanın dövlət xərcləri naziri Paskal Donohoe bildirib.
Onun fikrincə, Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində qələbəsi Avropa üçün əsas problemə çevrilə bilər. Bu fikri “” agentliyinə müsahibəsində Avroqrupun rəhbəri və İrlandiyanın dövlət xərcləri naziri Paschal Donohoe deyib.
Donohoenin sözlərinə görə, Tramp ticarət və tarif səviyyələri ilə bağlı tamamilə fərqli bir gündəm ortaya qoyub, ona görə də Avropa ölkələri öz iqtisadi muxtariyyətlərini dərinləşdirməyə və iqtisadi məhsuldarlığı gücləndirməyə davam etməlidirlər. Nazir hesab edir ki, bu halda Avropa dövlətləri ABŞ-dan gələ biləcək potensial dəyişikliklərin öhdəsindən gəlmək üçün daha güclü mövqedə olacaqlar.
"Biz Avropada öz iqtisadi muxtariyyətimizi və məhsuldarlığımızı dərinləşdirməyə davam etməliyik. Bu, ABŞ seçkilərdən sonra siyasətini dəyişərsə, daha güclü mövqedə olmağımıza imkan verəcək", deyə diplomat vurğulayıb.
Donohoe həmçinin investorların avrozonada dövlət maliyyələrini yaxından izlədiklərini qeyd edib və borclu ölkələri, xüsusən də Fransanı büdcə kəsirlərini azaltmağa çağırıb.
Nazir əlavə edib ki, ABŞ-ın növbəti prezidentinin seçimi Amerika xalqının işidir, lakin Avropa hadisələrin istənilən dönüşünə hazır olmalıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay