BAKU Azərbaycan
12.2°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
53305

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) açıqladığı məlumata görə, bu günə qədər 51 022 borcalana 3 milyard 170,738 milyon manat kredit verib. Bundan başqa indiyə qədər 481,066 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 5 272 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb. 

Mövzu ilə bağlı Valyuta.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, ipoteka kreditlərinin alınmasında şərtlər çətin olsa da, əlçatandır:

"Məsələn, əgər bank vətəndaşa kredit ayırırsa, mütləq şəkildə zəmanəti olmalıdır ki, kredit ayrılan şəxsin aylıq ödənişi vaxtı-vaxtında geri qaytara biləcəyinə əmin olsun. Bu dünyanın hər yerində belədir. İpoteka kreditinin üstün cəhəti isə vətəndaşın istədiyi yerdən ev ala bilməsidir. Lakin digər layihələrdə ancaq təqdim olunan evlərdən almaq olur". 

Ekspertin sözlərinə görə, hər il ipoteka paketinin sayı artır, həcm böyüyür, evlərin qiyməti artdıqca, tələbat çoxaldıqca, ayrılan kreditlərin sayı artır:

"Bundan başqa İKZF vasitəsi ilə deyil, çox saylı tikinti şirkətləri də daxili kreditlə mənzil satırlar, elə fondun özünün kirayə mənzillər layihəsi var ki, bu vasitə ilə minlərlə insan mənzil sahibi olub. Tələb artdıqca, müraciət artdıqca ayrılan vəsaitlərə nəzər yetirilir, pulların həcmini artırırlar". 

İKZF-nin ayırdığı vəsaitin həcmi haqqında da danışan Elnur Fərzəliyev qeyd edib ki, hazırda əmlak bazarındakı bahalaşmanı nəzərə alaraq, kreditin həcmi artırıla bilər:

"Hazırda əmlak bazarının özündə ciddi qiymət artımları baş verir. Təxminən 10 il bundan əvvəl mənzili daha minimum qiymətə almaq olurdusa, hazırda Bakının mərkəz və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilən evlərdə qiymət artımı çoxdur. Adi ipoteka 150.000 manata, güzəştli ipoteka isə 100.000 manata qədərdir. Təbii ki, 100.000 min manat az pul deyil. Bu qiymətə Sumqayıtda, Xırdalanda, Bakının mərkəzdən uzaq ərazilərində, Gəncə və digər iri şəhərlərimizdə evlər almaq olar. Lakin Bakının mərkəzi üçün bu qiymətlər keçərli deyil. Nəzərə almalıyıq ki, yeni tikili binalarda bir otaqlı, çıxarışlı, təmirli mənzillərin satış qiyməti 130.000-200.000 manat arası dəyişir. Vətəndaş 25 il krediti yalnız 1 otaqlı mənzil üçün ödəmiş olur. Sonrakı illərdə isə ailə tərkibi artıqca otaq sayının artırlması, mənzilin böyüdülməsi isə krediti bağlamayana qədər mümkün olmur. Düzdür 51.000-dən artıq insanın ev sahibi olması çox yaxşıdır, amma düşünürəm ki, gələcəkdə artıq əmlak bazarında baş vermiş qiymət artımını nəzərə alıb kreditin məbləğinin həcmini artırsalar, daha məqsədə uyğun olar. Bu zaman insanlar daha rahat ev ala bilər". 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Boranı" restoranında yanğın başlayıb

Azərbaycan bankları üçün yeni qaydanın tətbiqinə başlanılır – Bu aydan qüvvəyə minir

Azərbaycan bankları üçün yeni qaydanın tətbiqinə başlanılır – Bu aydan qüvvəyə minir

Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib

32 milyon manata 500-dən çox yeni iş yeri - Kreditlər artıb

Neftimizin qiyməti 73 dollara düşüb

Nəqliyyat şirkətinin mənfəəti bölüşdürüləcək

Qızılın qiyməti rekord bahalaşdı

Azərbaycanda 39 məktəb bağlanıb

4 vəkilə xəbərdarlıq edildi - İkisinə isə töhmət verildi

Rubl bahalaşdı, lirə və avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Deputatlar toplaşır- Baş nazir hesabat verəcək

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

Düşüncə tərziniz həyatınızı necə şəkilləndirir? - SƏHƏR OXUSU

ATU milyon yarım milyonluq dərman alır

Səhiyyə Nazirliyi tibb müəssisəsinin tikintisinin davamına daha 18 milyon ayırdı

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin