BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
53242

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 130 min 750 manat olan tender müsabiqələrinin qalibi “Xəzər Auto” MMC (VÖEN –1306467891) olub.

Tenderin şərtlərinə görə, “Xəzər Auto” MMC Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 ədəd avtomobil satacaq. Açıqlanan məlumatlarda göstərilir ki, satın alınacaq avtomobilin istehsal ili 2023-cü ildir (yeni). Mühərrikinin həcmi 1,7 L (benzin) olan ağ rəngli avtomobillər 83 at gücündə olmaqla 3 qapılı olacaqlar. “Xəzər Auto” MMC tərəfindən satılan avtomobillər arasında qeyd olunan göstəricilərə uyğun gələn yeganə model “Lada Niva”dır.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 ədəd “Lada Niva” avtomobili üçün 26 min 150 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, dünən (7 avqust 2024) ölkənin aparıcı avtomobil elanı saytlarından birində “Xəzər Auto” MMC tərəfindən yerləşdirilən elanda göstərilir ki, 2024-ci il istehsalı və 0 km yürüşü olan “Lada Niva”nın satış qiyməti 18 min 700 manatdır.

Onu da qeyd edək ki, “Xəzər Auto” MMC 13 dekabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 2 000 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Nərimanov pr., ev 55, m 67-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abbaslı Kamran İlkin oğludur.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" və altkoinlər ucuzlaşdı - QİYMƏTLƏR

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

"ABC Ticarət və Tikinti"nin rəhbərinə “stop” qoyulub

Süni intellektli tozsoran təqdim edildi - XÜSUSİYYƏTLƏRİ

TSMC-nin satışları ilin əvvəlindən 40 faiz artıb

NASA-ya ağır zərbə: ABŞ-ın kosmik agentliyi "yox olma" həddində

Kibercinayətlərdə süni intellekt "inqilabı"

"5 gəlir mənbəyim var və təkcə "Amazon"dan illik 1 milyon dollardan çox qazanıram": Ceni Vudan tövsiyələr

"Yeni Klinika"nın testlərinə 18 mln. xərclənəcək

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz – sabiq "Google" əməkdaşı

Trampın siyasətləri "FED"in faiz dərəcələrinə təsir edəcək - "CNBC"

“Avtoyoltikintiservis” MMC yenə İcra Hakimiyyətinin tenderinin qalibi olub

İnşaat və tikinti sahəsinə qoyulan kreditlər artır: Bu, sektorun inkişafına necə təsir edir?

“Topxana Layihə İnşaat” şirkətinin 2 milyon vergi borcu var

"Foxconn" ilk böyük dil modelini təqdim edib

Azərbaycanda bu şirkətlərin də borcu var

"Ford" Almaniyadakı bölməsinə 4,8 mlrd. dollarlıq sərmayə yatıracaq

Bakıda mənzillər 11%-dən çox bahalaşıb

“Mer İnşaat”ın rəhbərinə stop qoyuldu

Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişdi

Əli Əsədov nazirləri topladı

Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu

Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi®

Azərbaycanda internetin sürətinin digər ölkələrdən aşağı olmasının tarixi səbəbləri var

Azərbaycanda ən çox və ən az POS-terminalı olan regionlar

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

Bu tələbələr üçün yeni təqaüd proqramları təsis edildi

“Meday” MMC-nin Türkiyədən gətirdiyi bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitini mənimsəyən şəxsə hökm oxundu - 8 illik həbs cəzası

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin