
07.08.2024 / 17:23
BFB-nin dövriyyəsi 24 milyard manata çatıb
53237
Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-iyul ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 23 milyard 827 milyon 2012 min 164 manat təşkil edib.
Valyuta.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,43 dəfə çoxdur. Ötən ilin yanvar-iyul aylarında bu məbləğ 9 mlrd. 777 mln. 82 min 198 manat idi.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 65%, dövlət qiymətli kağızların ticarət həcmində isə 8% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 266% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 630% artım qeydə alınıb.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay