BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
53224

Türkiyə Aralıq Dənizi Turistik Hotelçilər və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin üzvlərindən biri müsahibəsi zamanı bildirib ki, Türkiyədə turizm işində maraqlı olan kiminlə danışsanız, illərdir "hər şey daxil" sistemindən şikayətlənir. Hotel sahibi, vətəndaş cəmiyyəti qurumları, agentliklər, kiçik biznes sahibləri, bələdiyyə sədrləri, siyasətçilər, hətta nazirlər belə… Bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanları nəzərdən keçirməlidir. Çünki bu il turizm obyektlərinin doluluq dərəcələrində problem var.

Mövzu ilə bağlı Valyuta.az-a danışan turizm eksperti Əziz Şiriyev bildirib ki, bu çıxış otel sahiblərinin fikirləri ola bilər, passiv istirahətə gedən şəxslər öz rahatlıqlarını düşünərək, qidalanmanın paketlərdən çıxarılmasını istəməz:

"Bu sistemin olması xüsusən dənizkarı otellərdə, regionlarda, Antalya, Bodrum, Marmaris, Kuş adası, Fətiyyə, Alaçatı kimi turizm məkanları istiqamətində əvəzolunmaz sistemdir. Bəzən mən çıxışlarımda deyirəm ki, bizim vətəndaşların Türkiyə getməsini, xüsusən dənizkənarı passiv istirahətə yollanmasına qidalanmanın çox mühüm rolu var. Çünki vətəndaşımız erkən rezarvasiya zamanı, yəni dekabr, yanvar, fevral aylar 30 faiz ödəyərək turunu alır, 70 faizini hissə-hissə ödəyir. Uçuşa bir həftə qalmışa qədər ödənişini edərək bitirir. İstirahətə gedərkən heç bir problemi olmur, İstirahətə gedənə qədər bileti, transferi var, hər şey daxil qidalanması və oteldə gecələməsi ilə bağlı məsələlər həll olunur. Belə paketləri götürəndə istirahətə gedənlərin əlavə xərclərə ehtiyacı olmur".

Ekspert bildirib ki, yalnız iri şəhərlərdə qidalanma qiymətlərə daxil olmaya bilər. Bunun da öz səbəbi var:

"İstanbul kimi böyük şəhərlərdə qiymətlərə ancaq səhər yeməkləri daxil olur. Bu isə normaldır. Çünki insanlar şəhəri gəzməyə çıxırsa, meqa şəhərlərdə onların geri-otelə qayıdıb nahar etməsi ağlasığmazdır. Ona görə də onların olduqları yerdə yemək yeməsi otelə qayıtmasından vaxt cəhətdən önəmlidir. Amma passiv istirahətlərdə bu belə deyil. Ancaq passiv istirahətə gedənlər düşünmürlər ki, aldıqları paketin içinə qidalanma daxil olmasın".

Əziz Şiriyev deyir ki, otel sahiblərinin bu fikirləri səsləndirməsinin də səbəbləri var:

"Çünki artıq bahalaşma gedir, qidaların qiyməti qalxır, bu da otellərin qiymətinə təsir edir. Məsələn, bu gün qiymətlər Türkiyədə baha olduğundan ora getmək istəyənlər başqa alternativ variantlar seçir. Ona görə də otelər yeməkləri çıxartmağa çalışırlar ki, qiymətlər aşağı düşsün. Vətəndaşlar isə yeməklərin paketlərdən çıxmasını istəməz. Onlar "hər şey daxil" rahat istirahət etmək istəyir. Pandemiyadan əvvəl hətta Türkiyə otellərində belə bir deviz var idi ki, “boşqabında artıq yeməklər qalanlar cərimə olunacaq”. Bu da israfçılığın qarşısını almaq üçün idi. Bu səsləndirilən fikirlərə də səbəb yeməkləri çıxartmaqla qiymətlərin aşağı düşməsinə səbəb olaraq, daha çox müştəri cəlb edə biləcəklərini düşünürlər".

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin