ABŞ məhkəməsi: "Google inhisarçıdır"
Kolumbiya dairəsinin federal məhkəməsi qərara alıb ki, “Google” şirkəti axtarış sistemləri və internet reklamı sahəsində inhisarını qorumaq üçün bazardakı mövqeyindən sui-istifadə edib.
“Report” xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
“Şahidlərin ifadələrini və sübutları diqqətlə nəzərdən keçirdikdən və qiymətləndirdikdən sonra məhkəmə belə bir nəticəyə gəlib: “Google” inhisarçıdır və öz inhisarını qorumaq üçün belə davranıb”, – federal hakim Amit Mehta qərar verib.
Məhkəmə qərara alıb ki, “Google” rəqibləri üçün internet axtarışı bazarının təxminən 90 %-ni bağlayıb və elektronika istehsalçısı “Apple” ilə müqavilə bağlayaraq “Google” axtarış sistemini “Safari” veb-brauzeri üçün standart axtarış sistemi edib. Korporasiya texnika istehsalçısı “Samsung” və mobil rabitə operatoru “Verizon” ilə də oxşar müqavilələr bağlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay