Türkiyədə inflyasiya kəsik azalıb, qiymətlər artıb
Türkiyədə illik inflyasiya bir ay ərzində kəskin azalıb. İnflyasiya demək olar ki, 10 faiz bəndi azalaraq, iyulda 61,78%-ə düşüb.
Valyuta.az bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.
"İyulda illik inflyasiya illik müqayisədə 61,78%-ə qədər azalıb, qiymətlər aylıq 3,23% artıb", deyə idarə qeyd edib.
İyun Türkiyədə ayında illik inflyasiya 71,6% təşkil edib.
Eyni zamanda, bir qrup türk müstəqil iqtisadçı ENAG illik inflyasiyanı daha yüksək səviyyədə - təxminən 100% (bir ay əvvəl 113%) qiymətləndirir. İyun ayında ölkədə bir il ərzində ilk dəfə inflyasiya yavaşladıqdan sonra göstəricinin azalması davam edib. Sonuncu dəfə azalma 2023-cü ilin iyununda qeydə alınıb - 38,21%. Bundan sonra inflyasiya yalnız sürətləndi və 2024-cü ilin mayında maksimum 75,45%-ə çatıb.
İyul iclasından sonra Türkiyə Mərkəzi Bankı dördüncü ay ardıcıl olaraq əsas faiz dərəcəsini dəyişmədən 50% səviyyəsində saxlayıb. Tənzimləyici hələ ki, bunu azaltmağı planlaşdırmır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay