Warren Buffett 76 milyard dollarlıq “Apple” səhmlərini satıb
Məşhur milyarder, investor Warren Buffett “Berkshire Hathaway”-in Apple səhmlərinin demək olar ki, yarısını satıb. FT-nin hesabatına görə, 76 milyard dollarlıq səhm satışı şirkətin pul vəsaitlərini rekord səviyyəyə çatdırıb.
Şirkət ikinci rübdə “Apple”dakı mövqeyini 50 milyard dollardan çox azaldaraq 84,2 milyard dollara endirib. Məlumatlar göstərir ki, “Financial Times”-ın hesablamalarına görə "Berkshire" təxminən 390 milyon Apple səhmini və ya səhmlərinin təxminən yarısını satıb.
Səhm satışları “Berkshire”nin pul vəsaitlərini əvvəlki rüblə müqayisədə 88 milyard dollar artıraraq rekord səviyyəyə 277 milyard dollara çatıb. Buffett keçən ilin sonunda “Berkshire”ın “Apple”dakı payını azaltmağa başlayıb və 2024-cü ilin əvvəlində səhm satışlarının sürətini artırıb. O, may ayında səhmdarlara “Apple”ın “Coca-Cola” və “American Express” kimi əsas uzunmüddətli investisiyalara əlavə edərək, “Apple”ın konqlomeratın ən böyük aktivlərindən biri olaraq qalacağına inandığını bildirib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay