Xəbər
01.08.2024 / 19:09
"Marvel Azerbaijan" cərimələndi
52878
"Marvel Azerbaijan" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham irəli sürülüb.
İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Sadiq İsbəndərli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay