Bloomberg: Rusiya varlılarının sərvəti ilin əvvəlindən 24,29 milyard artıb
Bloomberg-in dərc etdiyi, xüsusən də şirkətin səhmlərinin dəyəri əsasında hesablanan Bloomberg Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 24,29 milyard dollar artıb.
Valyuta.az xəbər verir ki, Bloomberg Milyarderlər İndeksinə görə, ilin əvvəlindən Eurochem və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 6,37 milyard dollar qazanıb, onun sərvəti 25,2 milyard dollara, Severstal-ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5,89 milyard dollar artaraq 26,8 milyard dollara çatıb, eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,24 milyard dollar qazanıb, onun sərvəti 27,9 milyard dollardır.
Ən böyük itkiləri Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanovun sərvəti 4,85 milyard dollar azalaraq 16,2 milyard dollara düşüb.
2012-ci ilin mart ayından agentlik planetin ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay