Qızılın qiyməti tarixi maksimuma çatdı
Comex birjasında (Nyu York Ticarət Birjasının bölməsi) ticarət zamanı qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FRS) məzənnəni saxlamasından və geosiyasi risklərin artması səbəbindən ilk dəfə olaraq 1 troya unsiyası üçün 2500 dollar həddini keçib.
Valyuta.az xəbər verir ki, bu barədə ticarət məlumatlarında deyilir.
Moskva vaxtı ilə saat 04:28-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2501 dollar (+1,65%) təşkil edib. Saat 04:31-ə (Moskva vaxtı ilə) qızılın qiyməti artımını bir unsiya üçün 2502 dollara (+1,56%) sürətləndirib.
İyulun 31-i axşam Fed-in iyul iclasının nəticələri dərc olunub. Tənzimləyici ardıcıl səkkizinci dəfə baza faiz dərəcəsini illik 5,25-5,5% səviyyəsində saxlayıb. FED-in monetar siyasətlə bağlı qərarları Amerika valyutasının məzənnəsində əks olunur və bu da qızıl qiymətlərinə təsir göstərir.
Bundan əvvəl Amerika İki Partiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət proqramının icraçı direktoru Şai Akabas demişdi ki, ABŞ-ın büdcə kəsirindəki rekord artımın arxasında iki amil dayanır: sosial xərclər və dövlət borcuna xidmət üçün xərclər. Son doqquz il ərzində ABŞ-da yaşlı amerikalıların sayı nəzərəçarpacaq dərəcədə artıb və buna uyğun olaraq sosial xərclər də artıb. Beləliklə, 2015-ci ildəki 59 milyona qarşı 2024-cü ildə 67 milyon insan müavinət alır, - Akabas qeyd edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay