ABŞ Federal Ehtiyat Sistemi baza dərəcəsini olduğu kimi saxladı
Çərşənbə günü, iyulun 31-də keçirilən iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (FRS) baza dərəcəsini 5,25-5,5% səviyyəsində saxlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında yerləşdirilən press-relizdə deyilir.
"FOMC federal fondların faiz dərəcəsi üçün hədəf aralığını 5,25-5,5% səviyyəsində saxlamağa qərar verdi", - məlumatda deyilir.
Bundan əvvəl Amerika İki Partiyalı Siyasət Mərkəzinin iqtisadi siyasət proqramının icraçı direktoru Şai Akabas demişdi ki, ABŞ-ın büdcə kəsirindəki rekord artımın arxasında iki amil dayanır: sosial xərclər və dövlət borcuna xidmət üçün xərclər. Son doqquz il ərzində ABŞ-da yaşlı amerikalıların sayı nəzərəçarpacaq dərəcədə artıb və buna uyğun olaraq sosial xərclər də artıb. Beləliklə, 2015-ci ildəki 59 milyona qarşı 2024-cü ildə 67 milyon insan müavinət alır, - Akabas qeyd edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay